Xviça Kvaratsxeliya İtaliyada ayın ən yaxşı oyunçusu seçilib

D4d8d1ac166274061284601924510288983.jpg

İtaliya A Seriyasında ötən ayın ən yaxşı futbolçusu bəlli olub.

Avtor.az yarışın rəsmi saytına istinadla xəbər verir ki, bu ada “Napoli”də çıxış edən Xviça Kvaratsxeliya layiq görülüb.

21 yaşlı hücumçu səsvermədə “Roma”dan Paulo Dibalanı, “Atalanta”dan Ten Kopmeynersi, “İnter”dən Lautaro Martinesi və “Yuventus”dan Duşan Vlahoviçi qabaqlayıb.

Gürcüstanlı forvard avqustda A Seriyasında 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kvaratsxeliya cari mövsüm çempionatda 4 qola imza atıb.