Yaddaş kitabçaları təqdim edilib

Cacef871 9a3b 3505 9996 92ca92abbaa5 850.cropped 1702037817.jpg

Mərkəzi Seçki Komissiyası layihələrini intensiv şəkildə həyata keçirir. Bu layihələrin əsas məğzi isə müxtəlif seçki subyektlərinin seçki prosesində rol və vəzifələrinin öhdəsindən kifayət qədər məlumatlı şəkildə gəlməsidir.

Bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov söyləyib.

O bildirib ki, seçkilərə start verildikdən dərhal sonra seçki komissiyalarının atdığı ən mühüm addımlardan biri ekspert qruplarının formalaşdırılmasıdır. Belə ki, bu ekspert qrupları vətəndaşların seçki hüququna dair müraciətlərinin araşdırılmasına məsuldur.

Rövzət Qasımov əlavə edib ki, ekspert qrupunun üzvləri üçün Mərkəzi Seçki Komissiyası ayrıca olaraq yaddaş kitabçası işləyib hazırlayıb. Artıq yaddaş kitabçası komissiyalarda fəaliyyət göstərən ekspert qrupunun üzvlərinə təqdim edilib.