Sentyabrın 27-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 27-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Lənkəran-Astara zonasında yağıntılar leysan xarakterli intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Astarada 84, Lənkəranda 55, Lerikdə 13, Sarıbaşda (Qax) 9, Yardımlıda 8, Qubada 6, Qusarda 5, Xaltanda 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Daşkəsən, Balakən, Oğuz, Qəbələ, Şəki (Kişçay), Zaqatala, Altıağac, Qrız, Xaçmaz, Şamaxı, Xınalıq və Şahdağda 1 mm-dək qeydə alınır.



