Yağışlı hava bu tarixədək davam edəcək – AÇIQLAMA

Yagisli hava 0236.jpg

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti iyulun 18-i gündüzədək davam edəcək.

Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib:

“İyulun 18-i gündüzədək yağıntıların kəsiləcəyi gözlənilir. İyulun 19 və 20-də əksər rayonlarda yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.