YAP-ın siyahısına düşməyən naxçıvanlı deputat DANIŞDI

1721902227 16509646905282719054 1200x630 1.jpg

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülməyən millət vəkillərindən biri də Cəbi Quliyevdir.

Cəbi Quliyev seçkilərdən sonrakı fəaliyyəti barədə Modern.az-a danışıb. O bildirib ki, fəaliyyətini ali məktəblərin birində davam etdirməyi planlaşdırır:

“Mən əvvəl də Naxçıvan Dövlət Universitetində dərs deyirdim. Yəqin ki, bundan sonra da ali məktəblərin birində çalışacağam. Bununla paralel olaraq gənclər sektoruna qayıtmağı düşünürəm”.

Qeyd edək ki, Cəbi Quliyev 1990-cı il avqustun 29-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Gecəzur kəndində anadan olub. O, 2020-ci ildə 7 saylı Ordubad-Culfa seçki dairəsindən deputat seçilib.