YAP-ın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilir, Prezident İlham Əliyev toplantıda iştirak edir

21ae9b2d f43f 3b28 88d6 a1c504e5a430 850.jpg

Heydər Əliyev Mərkəzində hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilir.

Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev toplantıda iştirak edir.

Yubiley tədbirinə hökumət, partiya üzvləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən digər partiyaların sədrləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və KİV rəhbərləri də qatılıblar.