Yaponiya şahzadəsi öldü

Mikasa.jpg

Yaponiya şahzadəsi Yuriko Mikasa 101 yaşında vəfat edib.

Bu barədə məlumatı Yaponiya İmperator Evi İdarəsi yayıb.

Bildirilib ki, o bu səhər vəfat edib. Mikasa imperator Hirohitonun kiçik qardaşı şahzadə Takahitonun həyat yoldaşı olub.

Onu da qeyd edək ki, Hirohito Yaponiyanın hazırkı imperatoru Naruhitonun babası olub.