Yaponiya Şimali Koreyanın ballistik raket atdığını iddia edir

1be883ee164810388289905819010971959.jpg

Şimali Koreya cümə axşamı Yapon dənizinə ballistik raket kimi görünən raket atıb.

Bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, balıqçı gəmilərinə mümkün təhlükə barədə xəbərdarlıq edilib, həmçinin raket qalıqları aşkar edilərsə, onlara yaxınlaşmamalıdırlar.

Qeyd edək ki, Cənubi Koreya ordusu da Şimali Koreyanın naməlum mərmi atdığını bildirib.