Paytaxtın Yasamal rayonunda Kənar dairəvi yolda “Niva” markalı avtomobil yanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ilkin məlumata görə, avtomobilin matorxanasında alışma qısa qapanmadan baş verib. Xəsarət alan yoxdur.
Araşdırma aparılır.





