Yaşar Gülər Azərbaycanda faydalı müzakirələr aparıb

1698316868 6537aef54bf9a6537aef54bf9b16981480856537aef54bf986537aef54bf99.jpg

Türkiyə milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfəri çərçivəsində faydalı və konstruktiv müzakirələr aparıb.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Zeki Aktürk bildirib.

O qeyd edib ki, nazir Azərbaycana səfəri zamanı “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü” və “Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü” münasibətilə təşkil olunmuş “Mustafa Kamal Atatürk-2023” təlimini izləyib.