Süni zəka texnologiyasının (SZ) gələcəkdəki təsirləri ilə bağlı aparılan araşdırmalar bəzi peşələrin risk altında olduğunu göstərir.
Redaksiya.az xəbər verir ki, tədqiqatlar süni zəkanın peşələrə olan təsirini və mütəxəssislərlə ictimai rəy arasında olan fikir fərqini üzə çıxarır.
Süni zəka texnologiyası son 50 ilə damğasını vurduğu bir dövrdə, müxtəlif sahələr də bu dəyişikliklərə ayaq uydurmağa çalışır. Bir çox iş sahəsində insan əməyinin yerini alan süni zəkalar, bəziləri tərəfindən “təhlükə” kimi görülürkən, bəziləri tərəfindən son yüz ilin ən səmərəli ixtirası kimi dəyərləndirilir.
Pew Araşdırma Mərkəzi tərəfindən yayımlanan yeni hesabat da süni zəka ilə bağlı mütəxəssis fikirləri ilə ictimai rəy arasındakı böyük fərqi üzə çıxarıb. Mütəxəssislər texnologiyanın böyük fayda verəcəyini düşünürlər, halbuki süni zəka artıq 5 peşənin gələcəyini “öldürüb”.
Araşdırmada iştirak edən 1000-dən çox süni zəka mütəxəssisindən 56%-i texnologiyanın qarşıdakı 20 ildə müsbət töhfə verəcəyini qeyd edib, amma ictimai rəydə bu göstərici cəmi 17%-də qalıb. Mütəxəssislər süni intellektin iş proseslərini inkişaf etdirəcəyini və iqtisadi artımı sürətləndirəcəyini irəli sürsələr də, bəzi peşələr bu texnologiya qarşısında məğlub olub.
Araşdırma həmçinin süni zəka sahəsində çalışan qadın və kişi mütəxəssislər arasında da nəzərəçarpacaq fərqləri ortaya qoyub. Belə ki, kişi mütəxəssislərin 63%-i SZ-nin ölkəyə fayda verəcəyinə inansa da, bu göstərici qadınlarda sadəcə 36%-dir. Eyni şəkildə, kişilər texnologiyanın onlara şəxsi fayda verəcəyinə (81%-ə qarşı 64%) və ümumilikdə daha “həyəcanverici” olduğuna (53%-ə qarşı 30%) daha çox inanırlar. Xüsusilə qadınların geniş təmsil olunduğu inzibati işlər və müştəri xidməti kimi sahələrdə avtomatlaşdırmanın yayılması onlarda ehtiyatlı yanaşmanı artırır.
Risk Altındakı Peşələr
5 peşə üçün “təhlükə zəngləri çalır”. Mütəxəssislərə görə süni zəka bir çox sahədə məhsuldarlığı artıracaq olsa da, bəzi peşələri risk altına salacaq.
Kassirlər (%73)
Jurnalistlər (%60)
Zavod işçiləri (%60)
Proqram təminatı mühəndisləri (%50)
İctimaiyyət də bənzər “təhlükə” fikrinə malik olsa da, məsələn, yük maşını sürücüləri üçün risk görənlərin faizi cəmi 33%-dir. Mütəxəssislər bu fərqin, avtonom nəqliyyat texnologiyalarının hələ xalq arasında tam başa düşülməməsi ilə bağlı olduğunu düşünürlər.





