Yeni elmi kəşf edilib

Cxugdnt5hv1i3cfv6ifieussvcajs6edc1nvenct.jpeg

Kanada alimlərinin apardığı araşdırmada canlıların ölüm anında zəif işıq yaydığı müəyyən edilib. Bu fenomen “biyofoton emissiyası” olaraq adlandırılır və elm dünyasında “ultra zəif foton emissiyası” kimi tanınır.

Redaksiya xəbər verir ki, Calgary Universiteti və Kanada Milli Araşdırmalar Şurası tərəfindən həyata keçirilən tədqiqatda siçanlar və bəzi bitkilər üzərində eksperimentlər aparılıb. Fizikçi Dr. Vahid Salari və komandası, canlıların hüceyrə səviyyəsində oksidativ stress nəticəsində ölüm anında gözlə görünməyəcək qədər zəif işıq hissəcikləri yaydığını aşkar ediblər. Bu işıq bədən istiliyindən deyil, hüceyrə daxilində artan reaktiv oksigen növlərindən qaynaqlanır.

Təcrübələrdə canlı vəziyyətdə olan siçanlar qaranlıq mühitdə biyofoton emissiyası ilə görüntülənib, lakin ölüm sonrası bu işıq yayılması demək olar tamamilə dayanıb. Bitkilər üzərində aparılan oxşar tədqiqatlarda da stress və kimyəvi təsirlər zamanı işıq yayılması kəskin artıb.

Araşdırmaçılar bu kəşfin invaziv olmayan diaqnostik üsulların inkişafı üçün önəmli olacağını bildirirlər. Yeni metodla stress, xəstəlik və toxuma zədələnmələri erkən mərhələdə aşkar edilə bilər. Tədqiqatın nəticələri “The Journal of Physical Chemistry Letters” jurnalında dərc olunub və biyofizika sahəsində böyük yenilik vəd edir.

Kənan Cəlilov