“Yeni salınan yola görə binaya yeraltı qaz sızıb” – Plaza sahibi

Afenpartla

“Hesab edirlər ki, hadisə qazsızmasından baş verib. Amma bu binada qaz yoxdur”.

Redaksiya xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında “AFEN Plaza”nın sahibi Əbülfət Əliyev deyib.

Plaza sahibi hesab edir ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində binaya yeraltı qaz sızıb.

Qeyd edək ki, TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.