Yerə təhlükəli asteroid yaxınlaşır

1678363238 1678362373 630 360 1591086046 320.jpg

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) martın 14-də “potensial təhlükəli” asteroid 2023 CM-nin Yer kürəsinin yaxınlığından keçəcəyini açıqlayıb.

Bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) məlumat yayıb.

NASA-nın məlumatına görə, göy cismin uzunluğu 180 m-dir.

Ondan Yerə olan məsafə təxminən 3,9 milyon km olacaq. Qeyd edilir ki, kosmik qayanın sürəti saatda 50 472 km-dir.