Rusiyanın Federal Vergi Xidməti mayın əvvəlində vəfat edən məşhur modelyer Valentin Yudaşkinin moda evinin hesablarınına həbs qoyub.
Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Moda evinin 2022-ci il üçün hesabat vermədiyi və milyonlarla rubl vergini ödəmədiyi bildirilir.
Qeyd edək ki, iki il əvvəl Yudaşkin moda evinin balansında 118 milyon rubl var idi.

