Yük gəmisi qəzaya uğrayıb: 18 nəfər itkin düşüb

324165614 1251463532386138 6653959221410264384 n.jpg

Honkonq bayrağı altında üzən yük gəmisi Şərqi Çin dənizində qəzaya uğrayıb.

İlkin məlumata görə, gəminin göyərtəsində 22 nəfər şəxs olub. Onlar Çin və Myanma vətəndaşları olublar.

Hazırda yük gəmisinin 18 ekipaj üzvü itkin düşmüş hesab edilir. Gəmi heyətinin dörd üzvü xilas olunub.

Mənbə: NHK