Yunanıstan klubu ölən futbolçunun maaşını ailəsinə ödəyəcək

9f9ecfdb 46a6 3aad 9199 7946b1df80e3 850.webp

Yunanıstanın “Panatinaikos” komandasının rəhbərliyi bir müddət əvvəl vəfat edən futbolçu Corc Baldokun müqavilədə qeyd olunan maaşını ailəsinə ödəyəcək.

Klub müqavilə şərtlərini tam olaraq yerinə yetirməyə hazırdır.

“Ağ-yaşıllar” gələn il 32 yaşında ölən futbolçunun xatirəsinə həsr olunan yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, Corc Baldok Yunansıtan millisinin heyətində 12 oyunda meydana çıxmışdı.