Zamirə Ədilova vəzifəsindən ayrıldı

Scraped 1775667519 2fc7dc48

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb.

Bu barədə özü sosial şəbəkə hesabında məlumat yayıb.

“Bu gün TƏBİB-də son iş günüm idi. Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlar və birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər bir həmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür edirəm”, – deyə paylaşımında bildirib.

Qeyd edək ki, o bu vəzifədə 2022-ci ildən çalışırdı.