Zaqatalada velosipedçini avtomobil vuraraq öldürüb

7d3010c1166875309191046946510889024.jpg

Zaqatalada velosipedçini avtomobil vuraraq öldürüb.

Hadisə səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Elvin Ömərovun idarə etdiyi “VAZ 2106” markalı, 10 RA 993 dövlət nömrə nişanlı minik avtomobili velosipedlə hərəkət edən Muğanlı kənd sakinini vurub. Velosipedçi hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.