Zaxarova Bayramov-Mirzoyan görüşünü TƏSDİQLƏDİ

1684328161 427053427 0 0 2947 1659 1920x0 80 0 0 72e58206a7ec92cf53ab3d2e0adf9fd8.jpg

Mayın 19-da Moskvada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək, ikitərəfli danışıqlar da planlaşdırılır.

Avtor.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Moskva ümid edir ki, müzakirələr Ermənistan-Azərbaycan prosesinin irəliləməsinə və mübahisəli məsələlərin həllinə töhfə verəcək”, – o qeyd edib.