Zaxarova: Korrupsionerləri biz göstərək, siz tutun

4fc66104164362248769165838111015384.jpg

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Londonda yaşayan rus oliqarxlarının əmlaklarının müsadirə edilməsi ilə bağlı sözlərinə cavab verib.

Zaxarova Rusiyanın daha əvvəl Londonda yaşayan bir sıra rusiyalı korrupsionerlərin əmlaklarının müsadirə edilməsi, onların ekstradisiyası tələbi ilə qarşı tərəfə siyahı təqdim edib. O, Trassa həmin siyahını araşdırmağı məsləhət bilib.

“Ən əsası, bir addım da geri çəkilməyin, xanım Trass! Biz sizə həqiqətən ümid edirik. Britaniyanın heç bir müvəqqəti maliyyə maraqları demokratiya və azadlıqdan daha vacib ola bilməz! İdeyanızı həyata keçirin, Cəhd edin. Orada Rusiyanın hansı korrupsioner məmurların ekstradisiya edilməsini istədiyinin siyahısı var”, – Zaxarova Telegram kanalında yazıb.

Xatırladaq ki, bazar günü Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib ki, Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsi çərçivəsində Londondakı rus oliqarxlarının əmlakları müsadirə oluna bilər.

Bu cür sanksiyaların ingilis investorlarını da zərər vura biləcəyi ilə bağlı sualı cavablandıran Trass deyib ki, demokratiya və azadlıq müvəqqəti maliyyə maraqlarından daha vacibdir.