Zəfər Günü 4 şəhərdə yürüş olacaq

Yurus 6aed8e8080f12

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə isə Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil ediləcək.

Bununla bağlı MN məlumat yayıb.

Noyabrın 8-i saat 16:00-dan 18:00-dək hərbi orkestrlər aşağıda göstərilən ünvanlarda nümunəvi çıxışlar edəcəklər:

– Heydər Əliyev parkı (Heydər Əliyev sarayının qarşısı);

– Filarmoniya parkı;

– Fəvvarələr meydanı;

– Koroğlu parkı;

– Sahil parkı;

– Zabitlər parkında.

Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

Bakı şəhəri üzrə:

– Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz vağzalı;

– Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrosu – İçərişəhər Qala Qapısı – Azərbaycan Dövlət Kukla teatrı, Azneft dairəsi – Bəhram Gur heykəli;

– Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – Azərbaycan Respublikası Mərkəzi Bankı – “28 Mall” Ticarət mərkəzi;

– “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;

– Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı.

Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə və prospektləri.