Zəfəran Hospitala yeni direktor təyin edilib

1782988054 2026 07 02 13 22 41zbldl5tmpsxctqmuu0c3 file 6a466554c0322

Tibb müəssisəsinin direktoru vəzifəsinə Fuad Məmmədov gətirilib.

Fuad Məmmədov 2001–2010-cu illərdə media sahəsində, 2010–2022-ci illərdə rabitə və informasiya texnologiyaları sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2022–2026-cı illərdə isə özəl səhiyyə sahəsində rəhbər vəzifə tutub.

Qeyd edək ki, Fuad Məmmədov bundan əvvəl “Badam Medical Center”in baş direktoru olub. O, bir neçə gün əvvəl klinikadakı vəzifəsindən ayrıldığını açıqlamışdı.

Zəfəran Hospital rəhbərliyi yeni təyinatla bağlı bildirib ki, Fuad Məmmədovun idarəçilik təcrübəsinin tibb müəssisəsinin fəaliyyətinin daha da inkişafına və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyi gözlənilir. (bakupost)