Zelenski bütün hərbi komissarları işdən çıxardı

1691756842 1682524190 1650096448 1649678971 1649678160 1649132826 16480446123196.jpg

Ukrayna prezidenti Volodimir Zelenski bütün regional hərbi komissarların işdən çıxarılması barədə qərar qəbul edib.

Müvafiq qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yekunları üzrə verilib.

Onun sözlərinə görə, işdən çıxarılan əməkdaşları “cəbhədən keçmiş hərbçilər” əvəz edəcək.

“Artıq hərbi komissarlığa qarşı ümumilikdə 112 cinayət işi var. Bu hallar ölkənin müxtəlif regionlarında qeydə alınıb: Donetsk, Poltava, Vinnitsa, Odessa, həmçinin Kiyev və Lvov”, – Zelenski qeyd edib.

Qərarın icrası Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zaluznıya həvalə edilib.