Zelenski: “Ərdoğanla müzakirə edəcəyim çoxlu məsələlər var”

Dcbecbbd 1d74 39b6 9917 3ba174f71df2 850.jpg

“Türkiyəli həmkarım Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyim çoxlu məsələlər var”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, R.T.Ərdoğanla “Taxıl sazişi” barədə fikir mübadiləsi aparacaq: “Bundan başqa, Ukraynanın NATO-ya üzvlüyü, əsir mübadiləsi və digər məsələlər barədə də danışacağıq”.

Qeyd edək ki, V.Zelenski bu gün Türkiyəyə səfər edəcək.