Zelenski Makrondan nə xahiş edib?

A8bcf86b34405d74b1ee0f59f85ad175 108777 1.jpg

Fransa prezidenti Emmanuel Makron bildirib ki, o, cümə axşamı Ukrayna prezidenti Vladimir Zelenskinin xahişi ilə Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Ukraynalı həmkarı ondan Putinə danışıqlar barədə təklifini çatdırmağı istəyib.

“Prezident Zelenskinin xahişi ilə mən prezident Putinlə tez, birbaşa, açıq söhbət etdim, ilk növbədə ondan döyüşləri mümkün qədər tez dayandırmağı və xüsusən də ondan prezident Zelenski ilə danışmasını xahiş etdim”, – E. Makron bildirib.

Fransa prezidentinin sözlərinə görə, o bu ismarıcı Ukrayna prezidenti adından çatdırıb.