Zelenski Peskovun iddialarını TƏKZİB ETDİ

1686052594 439697936 0 0 3001 1688 1920x0 80 0 0 7b7719bab628bbd65d16bd7e90e14669.jpg

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Nova Kaxovkadakı bəndin Ukrayna tərəfindən partladılması ilə bağlı iddialarını təkzib edib.

O, Kremlin sözçüsü Dmitri Peskovun bu barədə iddiasına münasibət bildirib.

“Artıq 1 ildən çoxdur ki, Rusiya həm bəndə, həm də bütün Kaxovka SES-ə nəzarət edir. Onu kənardan top atəşinə tutmaqla partlatmaq fiziki cəhətdən qeyri-realdır. Minalanma var idi. Bənd Rusiya işğalçıları tərəfindən minalanmış və onlar tərəfindən partladılmışdır”, – deyə Zelenski qeyd edib.