Ukrayna prezidenti Volodimir Zelenski polşalı həmkarı Anjey Duda ilə görüşüb.
Görüş Belçikanın paytaxtı Brüsseldə keçirilib.
Tərəflər Ukraynaya dəstək mövzusunu, eləcə də müharibənin gedişi ilə bağlı məsələləri müzakirə ediblər.
Qeyd edək ki, hər iki lider Aİ sammiti ilə bağlı Brüsseldə səfərdədirlər.

