Zəlzələ metronun fəaliyyətinə təsir edib?

Suzgduxykccpoj4pjvf8ifnutsrhn9lxkzzeizx8.jpg

Paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar isə işlək vəziyyətdədir:
“Qeyd edək ki, “Bakı Metropoliteni” QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir”.