11 qohumunu itirən deputat: “Kaş, evlərimizi möhkəm tikərdik”

1676030947 1647236148 1646221644 1646147941 a87a791f d7cb 3c10 a554 b3a5550c884b 850.jpg

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Hatay bölgəsi üzrə millət vəkili Hüseyn Yayman Kahramanmaraşda baş verən zəlzələdə çox sayda binanın dağılmasını inşaat sektorunun sağlam olmaması ilə əlaqələndirib.

Deputat Fox TV-nin canlı yayımına qoşularaq, “kaş ki, əvvəldən lazımi tədbirlər görəydik, evlərimizi daha da möhkəm tikərdik” deməklə tikintidə qanun pozuntularının olduğuna işarə edib.

Qeyd edək ki, Hüseyn Yayman Kahramanmaraşda baş verən zəlzələdə 11 yaxın adamını itirib.

Onun bacısı, qardaşı, dayısı, bibisi, xalası, qardaşı oğlanları və qardaşı qızları, dayısı qızları dağıntılar altından ölü çıxarılıb.