Zəlzələdən əziyyət çəkənlərə kirayə pulu veriləcək

1676032346 06929d30 a8a7 11ed b05b 67cb28adfc60.jpg

Türkiyədə zəlzələdən zərərçəkən sakinlərə kirayə pulu veriləcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib.

“Zəlzələdə evi dağılan vətəndaşlarımıza dəstək üçün evlərinin kirayəsinə də yardım edəcəyik”, – Prezident bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfərləri davam edir. O, hazırda Adıyamandadır.