Zəncirvari qəzada motosiklet DYP avtomobilinə çırpılıb, xəsarət alan var

655c807a82053655c807a82054170056101882c4b1af64ae742cf7b528c7b23ebd47.jpg

Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, “Opel” markalı minik avtomobili motosikleti vurub. Bu zaman idarəetmədən çıxan motosiklet yol polisinin xidməti avtomobilinə çırpılıb. Nəticədə motosikletin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.