Zəngilanda hərbi sursatlar aşkarlandı

1690434508 7fc11c44 432b 3cdd b4a5 421c4f037d3a 850.jpg

Zəngilanda hərbi sursatlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun Beşdəli kəndi ərazisində xidmətdə olan zaman 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar ediblər.

Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.