Zərdabda sürücülərə qarşı reyd keçirilib

Cfa258af166727972963304984811044436.jpg

Zərdabda polis avtonəqliyyat vasitələrinə qarşı reyd keçirib, qaydaları pozan sürücülər inzibati qaydada cərimə olunublar.

Zərdab rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reydlərin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində nəzarətin gücləndirilməsindən, eləcə də qabaqcadan baş verə biləcək hadisələrin qarşısını almaq, sürücüləri marifləndirmək məqsədi daşıyır.

Reyd zamanı avtomobilinin mühərriki normadan artıq zərərli qaz ixrac edən, avtomobilin texniki baxışdan keçirməyən, nəqliyyat vasitəsinə əlavə konstruksiya əlavə edən, eləcə də rayon ərazisində yol nişanlarına məhəl qoymayan sürücülər də aşkar olunub. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən protokollar tətbiq olunub və cərimələr yazılıb.