Zəvvarları daşıyan avtobus qəzaya düşdü – 20 ölü, 29 yaralı

1679975908 16799572001682611082 367x266.jpg

Səudiyyə Ərəbistanında Ümrə ziyarətinə gələn zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

Məkkəyə gedən avtobusun əyləcində baş verən nasazlıq nəticəsində avtomobil körpüyə çırpılaraq yanmağa başlayıb. Qəza nəticəsində 20 nəfər ölüb, 29 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürənlərin göndərildiyi, yaralıların ətraf xəstəxanalara aparıldığı bildirilib.

Yerli mənbələr qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçilərinin olduğunu açıqlayıb.