Ötən ay nəvəsi dünyaya gələn “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan yaşlandığını qəbul etmir.
50 yaşlı keçmiş futbolçu nəvəsinin ona “baba” deməsini istəmir. O, bununla bağlı “Telefoot”a danışarkən deyib:
“Özümü baba kimi necə hiss edirəm? Mənə xatırlatdığınız üçün təşəkkür edirəm. Mən babayam, babayam… Nəvəm mənə belə deməyəcək. Onda ona cavab verməyəcəyəm”.
Xatırladaq ki, Zinəddin Zidan 2021-ci ilin yayından – “Real”dan ayrıldıqdan sonra klubsuzdur. O, Madird klubu ilə 11 kubok qazanıb.




