17 ədəd mobil telefon aşkar edilib

772119904 1728730291567522 8312426905181590292 n 6a7dbf86a37fd

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində gömrük orqanına bəyan edilməyən 17 ədəd mobil telefon, xeyli sayda mobil telefon ehtiyat hissələri və aksesuarları aşkar edilib.

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çamadanına gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı çamadandan gömrük orqanına bəyan edilməyən müxtəlif parametrlərə malik ümumilikdə, 17 ədəd “Iphone” markalı mobil telefon, müxtəlif markalı mobil telefonlara aid 190 ədəd ekran və aksesuarlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.