17 sürücü törətdiyi qəzada xanımını itirib

1678362909 1639025379 4120994 2.jpg

Ötən il Azərbaycanda 17 sürücü qəza nəticəsində həyat yoldaşlarını itirib.

Avtor.az xəbər verir ki, bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, respublika və paytaxt ərazisində sürücülərin yol hərəkəti qaydalarına ciddi əməl etməsi ilə bağlı aparılan təbliğata baxmayaraq, 2022-ci il ərzində yollarda baş verən yol-nəqliyyat hadisələri təhlil edilən zaman təəssüf doğuran statistik rəqəmlər ortaya çıxır:

“2022-ci il ərzində yol verilən qayda pozuntuları zaman baş verən qəzalarda 17 sürücü həyat yoldaşının, 5 sürücü atasının, 6 sürücü anasının, 3 sürücü qardaşının, 2 sürücü bacısının, 7 sürücü oğlunun, 2 sürücü isə qızının ölümünə səbəb olub”.