20-yə yaxın gəmi yeniləcək AÇIQLAMA

B7d8b7ed422fbe398b58e3b88e4eae8f 800.jpg

“Yaxın illərdə Azərbaycanın dəniz donanması 20-yə yaxın gəmi ilə yeniləcək”.

Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov “Gələcək üçün dayanıqlı nəqliyyat” adlı tədbirdə deyib.

O qeyd edib ki, qarşıdakı aylarda “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Metropoliteni” QSC yeni qatar və vaqonlarla təchiz ediləcəklər.

“Həmçinin, aviasiya parkının 30-dan çox müasir təyyarə ilə yenilənməsi görülən işlərin təzahürüdür”.