2028-ci ilə qədər Trendyol Azərbaycanda 1 milyard dollar ticarət etməyi hədəfləyir. Bunu “Trendyol” Şirkətlər Qrupunun baş direktoru Erdem İnan deyib.
O bildirib ki, bu dövrdə 60 milyon ədəd məhsul satışı planlaşdırılır.
Hazırda Trendyol 2 milyon müştəriyə xidmət edir.





