“28 May” və “Nizami” stansiyaları arasında avtobuslar pulsuz işləyəcək?

Scraped 1775638427 80394bff

Bakı metrosunda xətləri ayrılması layihəsi icra edilərkən “28 May” və “Nizami” stansiyaları arasında avtobusların ödənişsiz fəaliyyət göstərməsi məsələsi müzakirə edilir.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

“Bu məsələ yalnız Metropolitenə bağlı deyil. Proses üzrə bütün aidiyyəti qurumlar kompleks şəkildə işləyir. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək”, – deyə o əlavə edib.