3,5 tondan çox yük toplanıb – Ukrayna səfiri

F19c44d0164612651218204013110988604.jpg

“Azərbaycanlılar Ukraynaya humanitar yardımla dəstəyin verilməsində fəal iştirak edirlər”.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz “Facebook” səhifəsində bildirib.

“İnsanlar təcili lazım olan hər şeyi gətirirlər. Son 24 saat ərzində 3,5 tondan çox yük toplanıb ki, bu yardım tezliklə Ukraynada olacaq.
Qardaş Azərbaycan xalqına təşəkkür edirik!”, – ukraynalı diplomat bildirib.