31 Mart Soyqırımı: Qurbanların xatirəsi və tarixi ədalət

Mart 69ccc07733dee

Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlarının, qanlı faciələrin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Son iki əsr ərzində xalqımızın başına gətirilən müsibətlərin xronologiyasına nəzər saldıqda, onları araşdırdıqda eyni senari, eyni məqsəd və məramla qarşılaşırıq. Hərçənd ki, Sovetlər dövründə bir çox sahələr kimi xalqımızın qan yaddaşı da silinməyə çalışılmış, zaman-zaman baş vermiş hadisələrin izləri itirilərək, böyük təhriflərə məruz qalmışdır. Bu məsələdə bir məqam da xüsusi diqqət çəkir. Belə ki, xalqımıza qarşı həyata keçirilmiş məkrli planların mərkəzində hər dəfə mənfur qonşularımız – ermənilər dayanmışdır. XIX əsrin əvvəllərində baş vermiş Rusiya – İran müharibələrinin nəticələrinə əsasən məhz indiki İran ərazisindən on minlərlə erməni əsilli ailələrin tarxi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, Göyçəyə köçürülməsi qeyd etdiyimiz çirkin siyasətin əsasını təşkil edirdi.

Çirkin siyasətə dəstək verən “arxa-dayaqlarının” köməyindən ruhlanan mənfur niyyətli toplum ard-arda xalqımıza qarşı faciələr, soyqırımları, etnik təmizləmə siyasəti həyata keçirmiş, və bu çirkin siyasət yüz ildən çox davam etmişdir. Həmin senaridən olan 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin qanlı səhifəsi, xalqımızın qan yaddaşıdır. Dəhşətli qətliamlar, soyqırımları ölkəmizin demək olar ki, bütün bölgələrində həyata keçirilmişdir. Tarixi Azərbaycan torpaqları olan Naxçıvanda, Zəngəzurda, Qubada, Şamaxıda, Bakıda, Gəncədə, Lənkəranda, Salyan-Neftçala ərazisində, Qarabağda, sonda isə Xocalıda yaşanmışlar insanlığa sığmayan böyük cınayətlərdir. Təkcə 1918-ci il mart hadisələrinə nəzər salsaq, Zəngəzur qəzasında 10068, İrəvan quberniyasında 135000, Şamaxıda 8000, digər ərazilərdə də minlərlə günahsız azərbaycanlılarıın vəhşicəsinə qətlə yetirilməsinin şahidi oluruq. Soyqırım nəticəsində yüzlərlə kəndlər dağıdılmış, onminlərlə insan qaçqın düşmüş, saysız-hesabsız tarixi abidələr məhv edilmişdir. 1918-ci ilin ən qanlı qətliamlarından biri Quba qəzasında baş vermişdir.

Burada 167 kənd, insanlarla birlikdə tamamilə məhv edilmişdir. Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlarının, qanlı faciələrin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1998-ci il 26 mart tarixində imzaladığı Fərmanla 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi elan edildi. Beləliklə, Ümummilli Lider Azərbaycan Xalq Cümhuriyyətinin 80 il öncə qəbul etdiyi tarixi sənədə yenidən siyasi-hüquqi qiymət verdi. Məhz bundan sonra, soyqırım hadisələrinin öyrənilməsi istiqamətində araşdırılmalar aparılmağa, əsərlər yazılmağa, dünya ictimaiyyətinin bu istiqamətdə məlumatlanması üçün xüsusi işlər görülməyə başlandı. Ulu Öndər siyasi kursunun layiqli varisi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 2018-ci il 18 yanvar tarixində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalandı.

Qürurvericidir ki, bu gün Müzəffər Prezidentimiz cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev ideyalarından bəhrələnməklə, yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın bütövlüyünə, suverenliyinə nail olub. Əminliklə demək olar ki, soyqırımları, qətliamlar, terror aktları nəticəsində qətlə yetirilmiş vətən övladlarının ruhları bu gün şaddır. Azərbaycan xalqı bu gün dünyada Qalib ölkənin vətəndaşları kimi qürurla yaşayır və yaradır.

Tamella Hümmətova;
Neftçala rayonu