AAYDA-nın sədr müavinləri işdən çıxarıldı

Scraped 1780682196 07b3c46c

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavinləri Əvəz İlyas oğlu Qocayev və Hüsnü Ələkbər oğlu Quliyev vəzifələrindən azad ediliblər. 

Redaksiya “Unikal”a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam verib. 

Qeyd edək ki, Ə. Qocayev və H.Quliyev bu vəzifəyə 2017-ci ildə təyin olunmuşdular.

AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Şəkil 1

Fotoda: Əvəz Qocayev