ABŞ USAID proqramlarının 83 faizini bağlayır

Usaid.webp

ABŞ-də ayyarımlıq yoxlamalardan sonra Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83%-i bağlanılır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio özünün “X” hesabında xəbər verib.

“Altı həftəlik baxışdan sonra biz rəsmi olaraq USAID-dəki proqramların 83%-ni bağlayırıq”, – deyə dövlət katibi qeyd edib.

Rubio vurğulayıb ki, ABŞ-nin maraqlarına uyğun olmadığı, ya onlara zərər verdiyi üçün təxminən 5200 müqavilə ləğv edilib.

Onun sözlərinə görə, keçmiş proqramlar Dövlət Departamentinin rəhbərliyi ilə daha effektiv şəkildə həyata keçiriləcək.