Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib

501627aa165106717470974093210548387.jpg

Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb.

Avtor.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

Nazir bildirib ki, “Prof-Dam” MMC 2 hektar ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının istehsalı ilə məşğul olacaq.

“İnvestisiya dəyəri 9 mln. manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək”, – nazir əlavə edib.