Ağdərə və Xocalıda 490 ev təmir olunacaq

01d4c3445b39e99

Ağdərə rayonunun Çıldıran, Vəngli, Aşağı Oratağ, Heyvalı, Xocalı rayonunun Badara , Xanabad , Seyidbəyli, Daşbulaq kəndlərində fərdi yaşayış evlərinin cari təmirinin layihələndirilməsi işlərinə başlanılır.

Bu barədə İqtisadiyyat.az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Layihələndirmə işləri Ağdərənin Çıldıran, Vəngli, Aşağı Oratağ, Heyvalı kəndlərində 184, Xocalının Mehdibəyli, Pirlər, Daşbulaq, Badara , Xanabad , Seyidbəyli və Daşbulaq kəndlərində 306 fərdi yaşayış evini əhatə edəcək.

İdarəetmə Xidməti layihələndirmə ilə bağlı “Promor” və “Monotech” şirkətləri ilə müqavilə bağlayıb.

Müqavilənin maliyyə dəyəri isə 450 min manat müəyyənləşib.