Aktauda Azərbaycan məhsullarından ibarət mağaza açılıb

3f67fd97163712308529818660010881118.jpg

Qazaxıstanın Aktau şəhərində “NARSARAB” brendi ilə fəaliyyət göstərən Azərbaycan məhsullarından ibarət mağazanın açılışı olub.

Avtor.az xəbər verir ki, Azərbaycan məhsullarının satışını həyata keçirən mağazada ölkəmizdən 18 istehsalçının 150-yə yaxın müxtəlif məhsulları – meyvə şirələri, kompotlar, mineral sular, zeytun, çay, meyvə-tərəvəz, qənnadı məmulatları, spirtli içkilər, Naftalan yağı, toxuculuq, kosmetika məhsulları və sair satılır.

Xatırladaq ki, bu il martın 6-da Qazaxıstanın paytaxtı Nur-Sultanda da Azərbaycan məhsullarından ibarət “NARSARAB” mağazasının rəsmi açılışı olub.