Alimpaşa Məmmədovun həbs cəzası azaldıldı

D7cb93d3 0896 3ab9 824f 780c412218bd 850.jpeg

Alimpaşa Məmmədovun növbəti Apellyasiya məhkəməsi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim son qərar verib.

Qərara əsasən, apellyasiya qismən təmin edilib, A.Məmmədovun həbs cəzası 10 il 6 aya endirilib.

Bundan başqa, məhkəmənin qərarı ilə A.Məmmədova məxsus olduğu bildirilən və bir müddət əvvəl üzərindən həbs götürülən “Abad Şəmkir” MMC-nin üzərinə yenidən həbs qoyulub.

Qeyd edək ki, Alimpaşa Məmmədova Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 il 6 ay həbs qərarı verilib.