Azərbaycanla və Almaniya arasında mövcud diplomatik münasibətlərin qurulmasının tarixi 30 ildən əvvələ gedir. Bu müddət ərzində ölkələrimiz arasında iqtisadi və cəmiyyət həyatımızın müxtəlif sahələri üzrə ən ali səviyyədə münasibətlər qurulmuş, möhkəm təməl üzərində qurulan bu əməkdaşlıq bu gün də inkişaf etməkdədir. Hazırda Ölkəmizlə Almaniya arasında iqtisadi sahə ilə paralel, siyasi müstəvidə də əlaqələr yüksək səviyyədədir. Hər iki dövlət arasında ən ali səviyyəli dialoq mühiti mövcuddur. Bu gün Azərbaycanda onlarla Alman şirkəti Ölkəmizin iqtisadi həyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərməkdədir. Ölkəmizdə mövcud olan əlverişli iqtisadi mühit, sabit ictimai-siyasi həyat Alman şirkətlərinin ölkəmizə daha çox investisiya yatırmasına zəmin yaradan əsas amillərdəndir. Hazırda Avropanın süper güc dövlətlərindən olan Almaniya Federativ Respublikasının ən qabaqcıl şirkət rəhbərlərinin ölkəmizə səfərləri, onların iqtisadi maraqlarına cavab verəcək münbit şəraitin yaradılması Azərbaycanın dünya çapında artan siyasi və diplomatik nüfuzunun göstəricisidir. Bu gün əksər Avropa ölkələri Azərbaycanı dünyada cərayan edən maliyyə və iqtisadi problemlər fonunda iqtisadi qüdrətini sürətlə artıran ölkələrdən biri kimi qəbul etməkdədir. Bu reallıqdır ki, Ölkəmiz yerləşdiyi regionun ən güclü dövlətinə çevrilib. Statistik məlumatlara əsaslansaq deyə bilərik ki, Cənubi Qafqaz regionun iqtisadiyyatının böyük faiz hissəsi (70 faizdən çox) Azərbaycanda cəmləşib. Bu da onu deməyə əsas verir ki, hazırda Azərbaycan dünya iqtisadi düzənini formalaşdıran ölkələrin şirkətləri üçün ən maraqlı biri kimi məkanlardan biri kimi qəbul edilir. Əlbəttə ki, Ölkə rəhbərinin apardığı düşünülmüş və qətiyyətli siyasi kurs sayəsində, bu gün istər Almaniya, istərsə də digər Avropa ölkələri Azərbaycanla istənilən sahədə münasibətlərinin inkişaf etdirilməsində maraqlıdırlar. Məhz bu mənada son illərdə həlledici addımların atıldığının şahidi oluruq. Azərbaycanın Avropanın iqtisadi siyasətini müəyyənləşdirən ölkə olan Almaniya ilə uğurlu iqtisadi münasibətlərini inkişaf etdirməsi Dövlət başçısı cənab İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasət nəticəsində mümkün olmuşdur. Hazırda Almaniya hökumətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində neytral mövqe sərgiləməsi hər iki ölkənin maraqlarına cavab verir. Görünən odur ki, Almaniya Fransa və digər anti-Azərbaycan münasibəti nümayiş etdirən Avropa ölkələrindən fərqli olaraq hələlik ədalətli mövqe nümayiş etdirir. Ümid edirik ki, Ölkəmiz Almaniya ilə gələcəkdə daha böyük iqtisadi potensiallı layihələrin icrasına nail olacaq, bu da öz növbəsində hər iki ölkənin qarşılıqlı əməkdaşlığının daha da möhkəmlənəməsinə xidmət edəcəkdir.
Dürnisə Cəlilova;
Neftçala rayon gənci





